Azərbaycan–Suriya münasibətləri — Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Suriya münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 28-də qurulmuşdur[1].
Azərbaycan 2025-ci ilin fevralında Suriyada səfirliyinin fəaliyyətinin bərpası istiqamətində işlər apardığını açıqlayıb. Bundan əvvəl, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi baş verdikdən sonra iki ölkə arasında münasibətlərin normallaşması prosesi başlanıb.
Fevralın 17-də Xarici İşlər Nazirliyi Azərbaycanın 13 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi barədə məlumat yayıb.[2]
Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Əli Abbasov olmuşdur[3].
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |