Azərbaycan–Xorvatiya münasibətləri — Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Xorvatiya münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
Azərbaycanın Xorvatiyadakı səfirliyi | |||||
Səfir | Anar İmanov[1] | ||||
Ünvan | Zaqreb, Srebrnjak, 104 | ||||
Xorvatiyanın Azərbaycandakı səfirliyi | |||||
Səfir | Branko Zebiç[2] | ||||
Ünvan | Bakı, Nizami küç., 90A, Landmark II, 3-cü mərt. | ||||
Digər | |||||
Quruluş tarixi | 26 yanvar 1995 | ||||
Dövriyyə | 0,755 mlrd doll. (2021) | ||||
![]() |
İki ölkə arasında diplomatik əlaqələr 26 yanvar 1995-ci ildə qurulmuşdur[3].
2013-cü ildə Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb.[4]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Yaqub Mahmudov olmuşdur[6]. 2020-ci ildən isə işçi qrupuna Könül Nurullayeva rəhbərlik edir[7].
1 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb.[8]
ADA Universiteti ilə Xorvatiyanın Zaqreb İqtisadiyyat Məktəbi, Split və Varazdindəki fakültələr, eləcə də Dillər Universiteti arasında əməkdaşlığa dair bir neçə razılaşma imzalanıb.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |