. Love.az

Azerbaycan Cumhuriyyeti Hokumetinin Xeberleri - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Cumhuriyyeti Hokumetinin Xeberleri

Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri qəzeti, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı.

Mündəricat

  • 1 Yaradılması
  • 2 Mahiyyəti
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 İstinadlar

Yaradılması

redaktə

"Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar 1918 il iyulun 3-də qəbul edilmişdir. "Xəbərlər"in avadanlıqla təminatı ərzaq nazirliyinə, nəşri Xalq Maarifi Nazirliyinə həvalə edilmişdi. İlk nömrəsi 1919 il yanvarın 25-də çıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə həftədə iki nömrəsi Azərbaycan və rus dillərində buraxılırdı.

Mahiyyəti

redaktə

"Xəbərlər"də, əsasən, Hökumətin qərarları, nazirliklərin sərəncam, əmr və təlimatları, ayrı-ayrı şəxslərin vəzifəyə təyin və ya azad edilmələri barədə məlumatlar, elanlar və s. dərc edilirdi.

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyətində mətbuat
  • Azərbaycan Xalq Cümhuriyyəti

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri maddəsi.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Cümhuriyyəti_Hökumətinin_Xəbərləri&oldid=5888418"
LOVE.AZ