. Love.az

Azerbaycan U 19 Milli Futbol Komandasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan U 19 Milli Futbol Komandasi

Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası

Azərbaycan U-19 milli futbol komandası
Baş məşqçi
  • Samir Əliyev
Kapitan Turan Vəlizadə
FİFA kodu AZE

Mündəricat

  • 1 Qitə birinciliklərində
  • 2 Valentin Qranatkin kubokunda
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Qitə birinciliklərində

redaktə

İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41.

Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb.

Valentin Qranatkin kubokunda

redaktə
Əsas məqalə: Azərbaycan Valentin Qranatkin kubokunda

4 dəfə iştirak etmişdir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Yığmamızın yubiley oyunu
  • İlk dəfə sonuncu pillədə — STATİSTİKA
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_U-19_milli_futbol_komandası&oldid=7901953"
LOVE.AZ