Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiyanın Dağıstan Respublikasının dövlət dilidir, həmçinin sovet dövründən bəri Gürcüstanda azərbaycanlıların təhsil dili olaraq istifadə edilir.[1] Siyahıda dövlətlər və etnik qruplar ayrı şəkildə verilmişdir.
№ | Ölkə | Sülalə | Azərbaycan dilinin statusu | Xəritə |
---|---|---|---|---|
1 | Şəki hakimliyi (ən geci 1384–1551) | Orlat sülaləsi (1384-1424) | Dövləti idarə edən ilk sülalə olan Orlatlar azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi.[2][3][4] | |
2 | Səfəvilər imperiyası (1501-1736) | Səfəvilər sülaləsi | Hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili[5] | |
3 | Əfşar imperiyası (1736-1796) | Əfşar boyu | Nadir şahın doğma dili, hərbi hakimiyyətin dili[6][7][8] | |
4 | Qacar dövləti (1796–1925) | Qacarlar sülaləsi | vəliəhd və hökmdar saraylarının (Təbriz və Tehran) və Azərbaycan tayfalarından təşkil edilmiş ordunun dili,[9][10][11][12][13] qismən diplomatiyada istifadə edilən dil[14] | |
5 | Azərbaycan xanlıqları və sultanlıqları | müxtəlif sülalələr |
|
|
6 | Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) | respublika | Dövlət dili[17] | |
7 | Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991) | respublika | Dövlət dili |
№ | Ölkə | Azərbaycan dilinin statusu | Xəritə |
---|---|---|---|
1 | Azərbaycan Respublikası (1991-ci ildən) | Dövlət dili | |
2 | Dağıstan (1991-ci ildən) | Dövlət dillərindən biri | |
3 | İran İslam Respublikası (1979-cu ildən) | Konstitusiyaya görə mətbuatda və məktəblərdə milli ədəbiyyatın öyrədilməsində istifadə edilə bilər[18]. | |
4 | Gürcüstan (1991-ci ildən) | 120 Gürcüstan məktəbində təhsil dili (2015-ci ilin məlumatı) [19] |
№ | Etnik qrup | Birinci dil | İkinci dil | Digər |
---|---|---|---|---|
1 | Azərbaycan kürdləri | Kürdüstan qəzasında 37200 kürddən yalnız 3100-ü öz ana dilini kürd dili olaraq qeyd etmişdir.[20] | Azərbaycan kürdləri yaxın ailə çevrələrində belə azərbaycan dilində danışırdılar. 1886-cı ildə Ərəş qəzası kürdlərinin evlərində azərbaycan dilində danışdığı qeyd edilmişdir.[20] | |
2 | Azərbaycan ləzgiləri | 6179 nəfər (1959)[21] 14426 nəfər (1979)[22] |
Azərbaycan ləzgilərinin 47,5 %-i (1989)[23] | Ləzgi şairləri artıq XVII əsrdə azərbaycan dilindən ədəbiyyatda istifadə edirdilər.[24] 1940-cı ildən Azərbaycan dili məktəblərdə ləzgi dilini əvəz etmişdir.[25] |
3 | Azərbaycan rusları | Azərbaycan ruslarının 15,7 %-i (1989)[23] | ||
4 | Rutullar | Rutul şairləri artıq XVII əsrdə azərbaycan dilindən ədəbiyyatda istifadə edirdilər.[24] Rutullar 1955-ci ilə qədər məktəbdə azərbaycan dilində dərs keçirdilər.[26] 1960-cı illərdə rutullar rutul dilini bilməyənlərlə (ləzgilər, saxurlar və s.) azərbaycan dilində danışırdılar.[27] | ||
5 | Saxurlar | Qax və Zaqatala kəndlərinin bir hissəsində saxurlar azərbaycan dilində danışır.[28] | Azərbaycan dili bütün Azərbaycan saxurları üçün ikinci dildir.[29] | 1938-1952-ci illərdə Azərbaycan dili təhsil dili kimi istifadə olunmuşdur.[30] |
6 | Şahdağ xalqları | XVIII əsrdə Şahdağ xalqları öz dilləri ilə birlikdə azərbaycan dilini danışırdılar.[31] 1886-cı ildə haputluların bəzi kəndlərində azərbaycan dili evdə danışılan dil olaraq təsvir edilirdi.[32] | ||
7 | Tabasaranlılar | 1876-cı ildə xalqın bir hissəsi artıq tabasaran dilindən azərbaycan dilinə keçmişdir.[33] | XVIII əsrin sonu, XIX əsrin əvvəllərində tabasaranlılar ikinci dil kimi Azərbaycan dilində danışırdılar.[34] | Tabasaran şairləri artıq XVII əsrdə azərbaycan dilindən ədəbiyyatda istifadə edirdilər. Tabasaran aşıqları Azərbaycan dastanlarını həm azərbaycan, həm də tabasaran dilində ifa edirdilər.[24] |
8 | Azərbaycan talışları | Azərbaycan talışlarının böyük hissəsi Azərbaycan dilini bilir.[35] | Təhsil dili[36] və dini mərasimlərin dili[37] | |
9 | Azərbaycan tatları | Azərbaycanda tat dili getdikçə yoxa çıxır və Azərbaycan dili ilə əvəzlənir.[38] Abşeron tatları Azərbaycan dilində danışır.[39] | Həm müsəlman, həm xristian tatlar azərbaycan dilini bilirdilər. 1912-ci ildə erməni rahibin tatdilli ermənilər üçün moizəni azərbaycan dilində oxuduğu ilə bağlı məlumat vardır.[40][41] | |
10 | Udinlər | XIX əsrin ortalarında udinlərin ünsiyyətində Azərbaycan dili əsas dil idi.[42] | Udinlər yarı-xristian, yarı-paqan bayramlarında (məsələn, Vardavar) azərbaycan dilində mahnılar oxuyurlar.[43] | |
11 | Azərbaycan qaraçıları | Patkanov Cənubi Qafqazda boşalardan başqa bütün qaraçıların Azərbaycan dilində danışdığını qeyd etmişdir.[44] İndiki dövrdə Azərbaycan qaraçıları öz dillərini demək olar tamamilə unutmuşdur.[45] |
№ | Etnik qrup | İkinci dil | Digər |
---|---|---|---|
1 | Ağullar | Ağul şairləri artıq XVII əsrdə azərbaycan dilindən ədəbiyyatda istifadə edirdilər.[24] | |
2 | Dargilər | Dağıstanda darginlərin yaşadığı Kirki və Varsit kəndlərinin sakinləri azərbaycan dilini ikinci dil olaraq danışırdılar. Dargilər uşaqları azərbaycan dilini öyrənsin deyə onları 3-4 aylığa azərbaycanlı ailələrə verirdilər.[46][47] | |
3 | Tuşlar | Tuşlar uşaqlıqdan övladlarına Azərbaycan dilini öyrədir, onları qonaqpərəstlik münasibətlərində olduqları azərbaycanlı ailələrə verirdilər. Hər tuşeti ailəsində azərbaycan dilini bilən ən azı bir nəfər olurdu.[48] |