. Love.az

Azerbaycanda Hendbol - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycanda Hendbol

Azərbaycanda həndbol — Azərbaycandakı idman növlərindən biri

Azərbaycanda həndbol idman növünə xüsusi maraq vardır. Sovet dönəmində Azərbaycan həndbolu SSRİ məkanında daim 2-3-cü pillələrdə olmuşdur. Həndbolçular Rəfiqə Şabanova və Lüdmila Şubina SSRİ komandasının sıralarında Olimpiya çempionu titulu qazanmışlar.

Ölkə müstəqillik əldə etdikdən sonra da həndbolçuların uğurları çox olmuşdur. 2002-ci ildə Bakıda Avropa Həndbol Federasiyasının təşkil etdiyi "Çağırış kuboku" turniri təşkil edilmiş və yarışda Azərbaycan milli komandası turnirin qalibi olmuşdur.

2008-ci ildə Azərbaycanın qadınlardan ibarət həndbol yığması Monteneqroda təşkil olunan Dünya Çempionatının seçmə qrup mərhələsində Bolqarıstan üzərində qələbə qazanmış, ikinci görüşdə İtaliyanı üstələmişdir.

2010-cu ildə Makedoniyada keçirilmiş qadın həndbolçular arasında dünya çempionatının seçmə mərhələsində çıxış etmiş idmançılar qrupda 2-ci yeri tutmuşlar.

Ölkədə kişi həndbol komandası da fəaliyyət göstərir. Lakin qadınlardan ibarət komandadan fərqli olaraq bu komanda hələlik heç bir ciddi uğur əldə etməyib.

Mənbə

redaktə
  • Həndbol. azerbaijans.com  (az.)
  • Həndbol. handball.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycanda_həndbol&oldid=7407782"
LOVE.AZ