Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Azərbaycanda prezident seçkiləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60,90 % topladı və Azərbaycan Prezidenti seçildi.
← 1991 ![]() | ||||
Azərbaycanda prezident seçkiləri | ||||
---|---|---|---|---|
7 iyun 1992 | ||||
Seçici fəallığı | 97.60 % | |||
![]() |
||||
Namizəd | Əbülfəz Elçibəy | Nizami Süleymanov | ||
Partiya | Azərbaycan Xalq Cəbhəsi | Azərbaycan Demokratik Ziyalılar İttifaqı | ||
Səslər | 1 829 448 (60.86%) |
1 017 217 (33.84%) |
||
| ||||
Nəticə | Azərbaycan Xalq Cəbhəsinin prezidentliyə namizədi təşkilat sədri Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti seçildi. |
29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir.
Tomas Qoltz namizəd Nizami Süleymanovun seçiləcəyi təqdirdə Heydər Əliyevi Naxçıvandan dəvət edəcəyini və Etibar Məmmədovla birgə müxalifət hökuməti yaradacağını nəql etdiyini açıqlamışdır.[1]
1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir. Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir: 38,0 faiz.[2]
Təmsil etdiyi | Namizəd | Topladığı səs | |||
---|---|---|---|---|---|
Say | % | +/- | |||
Azərbaycan Xalq Cəbhəsi | Əbülfəz Qədirqulu oğlu Əliyev | 1 829 448 | 60.86% | Yeni | |
Azərbaycan Demokratik Ziyalılar İttifaqı | Nizami Süleymanov | 1 017 217 | 33.84% | Yeni | |
Bitərəf | Yaqub Cavad oğlu Məmmədov | 51 144 | 1.70% | Yeni | |
"Azərbaycan Demokratik İslahatlar Uğrunda" İctimai Birliyi | İlyas Abbas oğlu İsmayılov | 20 216 | 0.67% | Yeni | |
Azərbaycan Xalq-Demokrat Qrupu | Rafiq Turabxan oğlu Abdullayev | 15 646 | 0.52% | Yeni | |
Bütün namizədlərin əleyhinə | 72 100 | 2.40% | |||
Etibarlı səslərin sayı | 3 005 770 | ||||
Etibarsız səslərin sayı | 90 707 | ||||
Ümumi səslərin sayı | 3 096 477 | ||||
Seçicilərin sayı | |||||
Seçici aktivliyi: 97,60% | |||||
Mənbə: |
Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.[3][4][5][6][7]