Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937–1938) — Respublika Prokuroru tərəfindən Azərbaycan KP MK-nın birinci katibi İ. Mustafayevə təqdim edilən arayışda (4 may 1955-ci il) XÜ tərəfindən, yalnız siyasi cinayətlərə görə, 1937-ci ildə, 2846 nəfərin həbs edilməsi, 2215 nəfər haqqında ölüm hökmü çıxarılması haqqında məlumat verilir.[1][2]
1937-ci il sentyabrın 15-dən 16-na keçən gecə 97 nəfər qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 86 nəfəri Azərbaycanlı idi. 1937-ci il noyabrın 15-dən 16-na keçən gecə 169 nəfər soydaşımız güllələnib[3]
Siyahıda cəmi 2556 nəfər qeyd olunmuşdur.
Hacıyev Bağır Həsən oğlu
Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur. 1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra G. Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Mehdi oğlu Qarayev 16.09.1937-ci il tarixindən 27.03.1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır. G. Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir (rəsmi versiya). Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir. Qəbələ rayon İcra Hakimiyyətinin 10 mart 2006-cı il tarixli qərarı ilə rayonun küçələrindən birinə onun adı verilmişdir.
Mənbə: Ənvər Rəhimov, "Qəbələnin bu günü, dünəni və sabahı". Bakı, "Nasir" nəşriyyatı, 2012 Səh. 76–81; 115 (ixtisarla)