. Love.az

Azerbaycanda Tatarlar - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycanda Tatarlar

Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir.

Mündəricat

  • 1 İcma
  • 2 Din və dil
  • 3 Cəmiyyət
  • 4 Bayramlar
  • 5 Tanınmış şəxslər
  • 6 İstinadlar

İcma

redaktə
Siyahıya almalara görə Azərbaycanda tatarların sayı
1926[1][2] 1939[3] 1959[4] 1970[5] 1979[6] 1989[7] 1999[8][9][10] 2009
9 948 ▲27 591 ▲29 552 ▲31 353 ▼31 204 ▼28 019 ▲30 011 ▼25 882

Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur.[11] Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi:

Şəhərlər Bakı Sumqayıt Gəncə Mingəçevir Şirvan Abşeron Ağdaş Xaçmaz Beyləqan Quba Lənkəran Siyəzən Qəbələ Zaqatala
Əhalinin sayı 25171 116 52 38 4 57 4 131 24 63 13 18 10 11

Din və dil

redaktə

Azərbaycanlı tatarlar əsasən müsəlmanlar və xristianlardır. İslam dininə etiqad edənlər sünniliyin hənəfi, azlıq şiə məzhəbinin isna-əşəriyyə bölməsindədirlər. Xristianlar isə Ortodoks məzhəbindədirlər.

Cəmiyyət

redaktə

Azərbaycan Respublikasında tatarlara aid icmalar:

  • Azərbaycan Respublikasında tatarların "Tuqan Tel"[12] cəmiyyəti (Bakı)
  • Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı)

Bayramlar

redaktə

Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər[13].

Tanınmış şəxslər

redaktə
  • Tacuddin Mustafin — Qafqaz müsəlmanlarının həmçinin Azərbaycanın ilk müftisi (1832–1840).
  • Məmməd bəy Sulkeviç — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.
  • Eldar Qasımov — Azərbaycan müğənnisi və musiqiçisi. Ulu nənəsi vaxtilə Həştərxan Tatar Dram Teatrının səhnəsində oynayan Mərziyyə Davudovadır.
  • Mərziyyə Davudova — tatar əsilli Azərbaycan və Sovet teatr və kino aktrisası, SSRİ və Azərbaycan SSR xalq artisti
  • Firəngiz Şərifova — Azərbaycan Respublikasının xalq artisti
  • Aliyə Qarayeva — Tatar əsilli azərbaycanlı bədii gimnast.
  • Zemfira Meftahətdinova — Müstəqil Azərbaycanın birinci Olimpiya çempionu (atıcılıq).
  • Dinarə Gimatova — Tatar əsilli azərbaycanlı bədii gimnast.
  • Ramis Alimov — 20 yanvar şəhidi, "Azadlıq uğrunda mübariz" (1992) və "20 Yanvar Şəhidi" (1998) fəxri ad[14]
  • Fərqət Tuxtamışev — 20 yanvar şəhidi, "Azadlıq uğrunda mübariz" (1992) və "20 Yanvar Şəhidi" (1998) fəxri ad.
  • Fərid Xayrulin — Azərbaycan fotojurnalisti.
  • Hənəfi Terequlov — Azərbaycan opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.
  • Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı
  • Rasim Yaxin — Azərbaycanın hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi iştirakçısı. "Azərbaycan Bayrağı" ordeni[15], “Döyüşdə fərqlənməyə görə” medalı, "Şuşanın azad olunmasına görə" medalı və digər dövlət medalları ilə təltif edilmişdir[16][17].

İstinadlar

redaktə
  1. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР :Закавказская СФСР/Азербайджанская ССР Arxivləşdirilib 2012-02-10 at the Wayback Machine---Источник: Всесоюзная перепись населения 1926 года.М.: Издание ЦСУ Союза ССР, 1928–29. Том 10–16. Таблица VI. Население по полу, народности.---А также Excel файл Arxivləşdirilib 2019-11-27 at the Wayback Machine
  2. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 г. Распределение постоянного населения на местных и неместных уроженцев :Закавказская СФСР: Азербайджанская ССР (с Нахичеванской АССР) Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine---Источник: Источник: Всесоюзная перепись населения 1926 года. Т.LI. М. 1930. Табл.V. Уроженцы СССР, постоянно проживающие — по месту рождения. С.174–193
  3. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР :Азербайджанская ССР Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine---Источник:РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 966–1001 (Разработочная таблица ф. 15А. Национальный состав населения по СССР, республикам, областям, районам)
  4. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine---Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 1566а −1566д (Таблица 3,4 Распределение населения по национальности и родному языку)
  5. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine---Источник: РГАЭ РФ , фонд 1562, опись 336, ед.хр.3998–4185 (Таблица 7с. Распределение населения по национальности, родному и второму языку.)
  6. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine---Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 6174–6238 (Таблица 9с. Распределение населения по национальности и родному языку).
  7. ↑ "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2011-08-26. İstifadə tarixi: 7 iyul 2015..
    Orijinal mətn (rus.)
    Источник: Рабочий архив Госкомстата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.)
  8. ↑ "Population by ethnic groups (by population census) — The State Statistical Committee of the Republic of Azerbaijan". 2012-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2015.
  9. ↑ United Nations Statistics Division :4. Population by national and/or ethnic group, sex and urban/rural residence: each census, 1985–2003 or Population selon le group national et/ourthnique, le sexe et la résidence urbaine/rurale: recensements de 1985 à 2003 Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine
  10. ↑ "Ethnic composition of Azerbaijan by 1999 census — Population statistics of Eastern Europe". 2013-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2015.
  11. ↑ "Ethnic composition of Azerbaijan 2009". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  12. ↑ "«Tuqan Tel»". 2016-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  13. ↑ "BAKIDA SABANTUY TATAR MİLLİ BAYRAMI QEYD OLUNMUŞDUR". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  14. ↑ "Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1992-ci il tarixli, 556 nömrəli Fərmanı Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine  (az.)
  15. ↑ "Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı". 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-03.
  16. ↑ ""Я запомнил только сильный шум в ушах, и все вокруг стало красного цвета" – ТАТАРСКИЙ ГЕРОЙ КАРАБАХСКОЙ ВОЙНЫ". vesti.az (rus). 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-08.
  17. ↑ "Президент Азербайджана наградил этнического татарина орденом за освобождение Шуши". islamnews.ru (rus). 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycanda_tatarlar&oldid=8110407"
LOVE.AZ