Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Azad Qaradərəli (5 mart 1954, Qaradərə, Zəngilan rayonu) — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru.
Azad Qaradərəli | |
---|---|
Azad Vəli oğlu Vəliyev | |
![]() | |
Doğum tarixi | 5 mart 1954(1954-03-05) (71 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | yazıçı, publisist |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | hekayə, roman, esse |
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də — radioda çalışıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib.
İlk nəsr kitabı 1987-ci ildə çap olunub.
2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Yazıçının ilk hekayələrindən olan "Yaz günləri" 1976-cı ildə "Ədəbiyyat və incəsənət qəzetində nəşr olunub. Sonralar "Azərbaycan", "Ulduz" jurnallarında, müstəqillik dövründə isə "Yazı" dərgisində və başqa mətbu orqanlarda, habelə sosial şəbəkələrdə hekayələri, romanları və esseləri yayımlanıb.
Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır.
Hekayələri rus, türk, polyak, ərəb və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa, Misir və ABŞ-də saytlarda, jurnallarda, antologiyalarda yayımlanıb. "Süd gölü" hekayəsi əsasında Çexiyada qısametrajlı bədii film çəkilib.
Yazıçı Azadlıq radiosunun hekayə müsabiqəsinin (2011-ci il) qaliblərindən olmuş və Polşa haqqında hekayələr müsabiqəsində xüsusi diploma layiq görülmüşdür.
On iki roman müəllifi olan A. Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.
Otuzdan çox kitab müəllifi olan A. Qaradərəlinin iki romanı ("Cülyettanın sol tərəfinə toxunmaq" və "Şüşə ev") "Yazı" dərgisinin müxtəlif saylarında çap olunsa da, kitablaşdırılmayıb.
Habelə müəllifin "Ucubuluq", "Erməni doktorun gündəliyi", "Cəbrayıl əfsanəsi" romanları da social şəbəklərdə, saytlarda parçalar şəklində oxuculara çatdırılsa da, kitab halında işıq üzü görməyib.
İki cildi çap olunan "Renessans həsrəti"nin (esselər, müsahibələr və ədəbi statuslar) 3-cü cildi də hələ kitab kimi çap olunmayıb.
Korono virus pandemiyası ilə əlaqəli də müəllif bir xeyli hekayə və "Morqda karantin" adlı roman qələmə almışdır. 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə həsr olunmuş hekayələr və "Cəbrayıl əfsanəsi" adlı radio-roman yazmışdır.
Son illərdə yazıçının 70 illik yubleyi baş tutdu.Buna görə də o, indiyə qədərki ən böyük kitabı olan "Azad Qaradərəlinin söz aləmi" kitabını yazmışdır.