Böyük Ayrım — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan)
rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində
yerləşir.
Böyük Ayrım | |
---|---|
![]() | |
41°12′ şm. e. 44°54′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 550 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 4102 |
Xəritəni göstər/gizlə
| |
![]() |
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların eymur (eymir, imir) tayfa adının[1][2] fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir[3]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər.
Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391[5], 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər[6] yalnız azərbaycanlı yaşamışdır. Müxtəlif illərdə (1873, 1886, 1908, 1897, 1922, 1926, 1931) əhalinin siyahıya alınmalarda göstərilir ki, kəndə yalnız azərbaycanlılar yaşamışdır[7]. Halbuki bu tarixi fakt saxtalaşdırılaraq «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə həmin illərdə kənddə yaşayan azərbaycanlılar erməni kimi göstərilir[6]. 1950-ci ildə Şnoğ meyvəçilik sovxozu ilə birləşdirilmişdir. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.