. Love.az

Boyuk Nene - Wikipedia - Love.az

Ana Səhifə - Boyuk Nene

Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi.[1] 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır.

Böyük Nənə
Doğum tarixi təq. 1685
Doğum yeri
  • Qana
Vəfat tarixi təq. 1733
Fəaliyyəti müqavimət döyüşçüsü[d]
Mükafatları Milli Qəhrəman ordeni (Yamayka)

Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub.[2] Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır.[2] Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.

İstinadlar

redaktə
  1. ↑ Bilby, Kenneth M. True-born maroons. Gainesville: University Press of Florida. 2005. 150–156. ISBN 0813028736. OCLC 61821888.
  2. ↑ 1 2 Gottlieb, Karla Lewis. The mother of us all : a history of Queen Nanny, leader of the Windward Jamaican Maroons. Trenton, NJ: Africa World Press. 2000. 95. ISBN 0865435642. OCLC 38061550.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Böyük_Nənə&oldid=7838294"
LOVE.AZ