Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bütöv Azərbaycan — qəzet.
Bütöv Azərbaycan | |
---|---|
![]() | |
Növ | Həftəlik ictimai-siyasi qəzet |
Format | A3 |
Təsisçi | Tamxil Ziyəddinoğlu |
Baş redaktor | Tamxil Ziyəddinoğlu |
Redaktor | İlham Məmmədli |
Yaranma tarixi | 21 may 2008-ci il |
Dil | Azərbaycan dili |
Qiymət | 30 qəpik |
Səhifə | 16 |
Ünvan | Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə. |
Ölkə | |
Tiraj | 3000 |
www.butov.az, e-mail: [email protected]; [email protected]; tel. 012 510 94 15 |
Qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu, redaktor isə İlham Məmmədlidir.
Qəzet 21 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2599.
2008-ci ildə "Bütöv Azərbaycan" qəzeti təsis edilib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının erməni-rus hərbi birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanın mütləq bütövləşəcəyinə inamının ifadəsidir.
Qəzet təsiçiləri hesab edirlər ki, "Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna redaksiya heyəti olaraq özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir ". [1]