Bəhrəmtəpə (əvvəlki adı: 1 May) — Azərbaycan Respublikasının İmişli rayonunun Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Əhalisinin sayı 7442 nəfərdir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun 1 May qəsəbəsi Bəhrəmtəpə qəsəbəsi adlandırılmışdır.[2]
Bəhrəmtəpə | |
---|---|
39°44′35″ şm. e. 47°57′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 13 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Qəsəbənin keçmiş adı Ağaxanlı, Nərimanabad (1931-ci ildən), Bəhrəmtəpə, 1 May (1960-cı ildən) olmuşdur. 1992-ci ildən yenidən Bəhrəmtəpə adlandırılmışdır. Adını ərazidəki yüksəklikdən almışdır.[3]
Qəsəbə Araz çayı sahilində, Mil düzündə yerləşir.
Ərazisindən qum, çınqıl kimi faydalı qazıntılar çıxır. Qəsəbədəki su anbarından bir sıra kanallar başlanğıc götürür.
İmişli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |