Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. [1]
Bəkir Tahirov | |
---|---|
Bəkir Abbas oglu Tahirov | |
Doğum tarixi | 29 dekabr 1940(1940-12-29) (84 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Tahirov Abbas Yusif oğlu |
Anası | Tahirova İzzət Ağamalı qızı |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili |
Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır.
Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir. O, həmçinin, gümüş halkogenidlərində ayrı-ayrı komponentlərlə optimal aşqarlamanın köməyi ilə İQ qəbuledicilərində işləyən yüksək termomaqnit keyfiyyətlilikli (Ag2Te+0,25at. ℅Ag) və nüvə reaktorlarında işləyə bilən termoelektrik batareyalarında istifadə olunacaq yüksək termoelektrik keyfiyyətliliyə (Ag2Se+0,1at. ℅Se) malik materiallar əldə etmişdir. Gümüşlə optimal aşqarlanmış Ag2S kristalından α→β keçidi zamanı cərəyan şiddətinin β→α keçidi zamanı isə gərginliyin güclənməsi müşahidə edilmişdir. Müxtəlif altlıqlar üzərində qalın təbəqəli Y və Bi əsaslı yuxarıtemperaturlu keramik ifratkeçiricilərinin alınması və alınan nümunələrdə kinetik effektlərin tədqiqi ilə də məşğul olmuşdur AMEA Fizika Institutu nəznində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D01.011 dissertasiya şurasının üzvü, AMEA Fizika İnstitutunun D01.011 Dissertasiya Şurasının yaratdığı Elmi Seminarın sədr müavinidir.
AMEA Rəyasət Heyətinin Fəxri fərmanı