. Love.az

Bendebike Kesene - Wikipedia - Love.az

Ana Səhifə - Bendebike Kesene
Bəndəbikə kəşənə
başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ
Ölkə Rusiya
Yerləşməsi Maksyutovo, Kugərsən rayonu, Başqırdıstan
Konfessiya İslam
Status Federal əhəmiyyətə malik olan Rusiya Federasiyası xalqlarının mədəni irsinin obyekti

Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi.[1]

Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir.

Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir.

Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı.

Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır.

Məqbərənin girişi cənubdan dar qapısı olan 2.25 * 1.86 m ölçülü bir portaldan ibarət idi. Döşəmə kərpicdən hazırlanmışdır. Qəbir əhəng daşları ilə örtülmüşdür. Daş yeşiyin içərisində bir qadının sümükləri tapılmışdır.

İstinadlar

redaktə
  1. ↑ "Легенда о Бэндэбикэ историческая справка". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.

Xarici keçidlər

redaktə
  • Bəndəbikə kəşənə (məqbərəsi) Video — YouTube platformasında
  • Bəndəbikə əfsanəsi
  • Бәндәбикә менән Ерәнсә сәсән. Киске Өфө. 01.08.11 (başq.)
  • Татьяна Зонова.Возвращайся домой, Бэндэбике

Ədəbiyyat

redaktə
  • Aydar Xusayinovun "Bəndəbikə" və "Erense-sesen" pyesləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəndəbikə_kəşənə&oldid=7067547"
LOVE.AZ