. Love.az

Bendovan Palciq Vulkani - Wikipedia - Love.az

Ana Səhifə - Bendovan Palciq Vulkani

Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir.[1]

Bəndovan palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Kraterin diametri 2000 m
Tərkibi Palçıq
Mütləq hündürlüyü 47 m
Yerləşməsi
39°42′12″ şm. e. 49°24′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Bəndovan palçıq vulkanı xəritədə
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Şəkillər

Haqqında

redaktə

Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 km cənub-qərbdə, Xəzər dənizinin sahilində yerləşir. Oturacağının diametri 1.4 km olub, morfoloji təcrid olunmuş yüksəklikdir. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 67 m, nisbi hündürlüyü isə 87 m-dir, zirvəsi yaylavarı səthi təmsil edir. Brekçiyanın sahəsi 119 ha, qalınlığı -35 m, həcmi -42 mln.m³-dur.Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Kürovdağ-Babazənan-Neftçala antiklinal zonasının vulkanları vulkan(Pirqarı, Yandərə, Göytəpə, Durovdağ, Duzdağ) və təzahürlərlə (Babazənan, Tatarməhlə, Kiçik Pilpilə, Neftçala Pilpiləsi, Yeniqışlaq) təmsil edir.[2]

Həmçinin bax

redaktə
  • Qızmeydan palçıq vulkanı
  • Bəndovan Dövlət Təbiət Yasaqlığı

İstinadlar

redaktə
  1. ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: səh:91.
  2. ↑ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Palçıq vulkanları qrupu DTQ". 2023-12-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Wikimapia – Bəndovan

Şəkillər

redaktə
  •  
  •  
  •  
  •  
  •  
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəndovan_palçıq_vulkanı&oldid=7537130"
LOVE.AZ