. Love.az

Berde Dovlet Tebiet Yasaqligi - Wikipedia - Love.az

Ana Səhifə - Berde Dovlet Tebiet Yasaqligi

Bərdə Dövlət Təbiət Yasaqlığı — 1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Yasaqlığın ümumi sahəsi 7500 hektardır. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir.

Bərdə Dövlət Təbiət Yasaqlığı
Yaradılma tarixi 1966
Yerləşməsi
Ölkə
  •  Azərbaycan

Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır. [1]

Həmçinin bax

redaktə
  • Dövlət Təbiət Yasaqlığı
  • Azərbaycan qoruqları

İstinadlar

redaktə
  1. ↑ "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.

Xarici keçidlər

redaktə
  • Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bərdə_Dövlət_Təbiət_Yasaqlığı&oldid=6509716"
LOVE.AZ