. Love.az

Bextiyar Vahabzade Kucesi Baki - Wikipedia - Love.az

Ana Səhifə - Bextiyar Vahabzade Kucesi Baki

Bəxtiyar Vahabzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçə. Küçə Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin adını daşıyır. Küçənin adı 2011-ci ilə qədər Firudin Ağayev olmuşdur. Küçənin uzunluğu 817 mt, eni isə İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə qədər 10 mt, Hüseyn Cavid prospektindən Mətbuat prospektinə qədər isə 13,4 mt-dir.[1]

Bəxtiyar Vahabzadə küçəsi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Rayon Yasamal
Uzunluğu 817 mt[1]
metro Elmlər Akademiyası

Mündəricat

  • 1 Haqqında
  • 2 Yeraltı keçidlər
  • 3 Kəsişdiyi küçələr
  • 4 Mühüm ünvanlar
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Haqqında

redaktə

"Azəryolservis" ASC tərəfindən küçənin əsaslı təmiri 2015-ci ilin may ayında qutarmışıdır. Küçədə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.[1]

Yeraltı keçidlər

redaktə

Küçədə Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışı inşa edilmişdir. 4 istiqamətə yönələn çıxış həm də ərazidə keçid rolunu oynayır və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunmuşdur. Bəxtiyar Vahabzadə küçəsinə 3 istiqamətdə çıxışı vardır. Biri Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdırmağa xidmət edir. Bu küçədə birinci keçidə paralel daha 2 keçid yerləşir. Stansiyaya giriş-çıxış, habelə keçid kimi istismar olunmasının funksionallığı baxımından çox vacib olmuşdur. Çıxışlardan daha biri Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsinə – Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığına düşür.[2]

Kəsişdiyi küçələr

redaktə

Küçə İnşaatçılar prospekti ilə kəsişmədən başlayaraq Mətbuat prospektində bitir.

  • Kazım Kazımzadə küçəsi
  • Şəfayət Mehdiyev küçəsi
  • Hüseyn Cavid prospekti
  • Əhməd Cəmil küçəsi
  • Zahid Xəlilov küçəsi

Mühüm ünvanlar

redaktə
  • № ? — Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
  • № ? — Büyükfirat restoranı
  • № ? — AMEA Radiasiya Problemləri İnstitutu
  • № ? — AMEA İnformasiya Texnologiyaları İnstitutu
  • № 9 — AMEA Riyaziyyat və Mexanika İnstitutu
  • № 9 — AMEA İdarəetmə Sistemləri İnstitutu
  • № ? — Bakı Dövlət Universiteti

Ədəbiyyat

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Bəxtiyar Vahabzadə küçəsindəki təmir işləri yekunlaşır" (az.). news.lent.az. 15.05.2015. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.
  2. ↑ Təbriz Vəfalı. "BDU-nun qarşısındakı yolun təmirinə başlanıldı" (az.). hafta.az. 22.04.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.

Xarici keçidlər

redaktə
  Vikianbarda Bəxtiyar Vahabzadə küçəsi ilə əlaqəli mediafayllar var.
  • Bəxtiyar Vahabzadə, Bakı AZ1141, Azerbaycan
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəxtiyar_Vahabzadə_küçəsi_(Bakı)&oldid=6392404"
LOVE.AZ