. Love.az

Beyler Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Beyler Memmedov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Bəylər Məmmədov (1924, Şuşa, DQMV – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq.[1]

Bəylər Məmmədov
Bəylər Ağalar oğlu Məmmədov
Doğum tarixi 1924
Doğum yeri
  • Şuşa, Şuşa rayonu[d], DQMV, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 fevral 1991(1991-02-15)
Vəfat yeri
  • Bakı, Azərbaycan Respublikası, SSRİ
Dəfn yeri
  • Şuşa
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyat
  • 2 Yaradıcılığı
  • 3 Əsas elmi əsərləri
  • 4 İstinadlar

Həyat

redaktə

Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır[1]

Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir.[1]

Yaradıcılığı

redaktə

Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır.

Əsas elmi əsərləri

redaktə
  • Xurşid Banu Natəvan. Bakı, 1983
  • Natəvanın şair qohumları. Bakı, 1989
  • Qarabağın baməzə adamları. Bakı, 1992

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Mustafa Çəmənli. Redaktordan. Bəylər Məmmədov. Qarabağın baməzə adamları. Bakı, 1992
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəylər_Məmmədov&oldid=7914448"
LOVE.AZ