Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam.[1] Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşən yaşayış məntəqəsi olub. XVIII əsrin əvvəllərində Seyid Ayrım adı ilə formalaşmış kənd zamanla erməni hücumlarına məruz qalmış və əhali məcburiyyət qarşısında yaşayış yerini dəyişmişdir. Sovet dövründə də ərazi mübahisələri davam etmişdir. 1984–85-ci illərdə Qazax rayonunun 2105 hektar torpaq sahəsi Ermənistan SSR-ə verilmişdir. Bağanıs Ayrım kəndinin 42 hektarlıq torpaq sahəsi də bu ərazilərə daxil edilmiş və nəticədə kənd Ermənistan kəndləri ilə əhatələnmişdir.[2][3]
Bağanıs Ayrım qətliamı | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Ölü sayı |
|
Yaralı sayı |
|
1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Gecə saatlarında həyata keçirilən hücum zamanı kənd sakinlərinə qarşı kütləvi qırğın törədilmiş, evlər qarət edildikdən sonra yandırılmışdır.[4]
Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar.[6] Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.[7]
Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-cü il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.[8] Hücum zamanı 17 ev yandırılmış, 11 ev qarət edilmiş, əhali isə məcburi köçkün vəziyyətinə düşərək rayonun müxtəlif yerlərinə səpələnmişdir. Bağanıs Ayrım kəndi erməni silahlı birləşmələri tərəfindən işğal edilən və yandırılan ilk kənd kimi Azərbaycan tarixinə düşmüşdür.[9]
24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir.
Bağanıs Ayrım kəndində törədilən qətliam cəzasız qaldığı üçün erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha genişmiqyaslı soyqırımı törətmişdir.
Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu və Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılmış, talan olunmuş və dağıdılmışdır. Bu kəndlərin işğalı nəticəsində 6.500 nəfər azərbaycanlı məcburi köçkün düşmüşdür.
Yuxarı Əskipara kəndində V–VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü, XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10.048 nüsxə kitab fondu olan kitabxana məhv edilmişdir. Aşağı Əskipara kəndində orta məktəb, xəstəxana, mədəniyyət evi, 6.850 və 9.980 nüsxə kitab fondu olan iki kitabxana dağıdılmışdır. Xeyrımlı (8.512 nüsxə kitab fondu), Qızılhacılı (10.335 nüsxə kitab fondu), Sofulu (14.829 nüsxə kitab fondu), Barxudarlı (16.105 nüsxə kitab fondu) kəndlərində kitabxanalar, ictimai obyektlər, məktəblər və xəstəxanalar dağıdılmışdır. Ümumilikdə 8 kitabxana filialı və 178.285 nüsxə kitab məhv edilmişdir.[10]