Başqırdıstan Dövlət Tibb Universiteti (başq. Башҡорт дәүләт медицина университеты (БДМУ)) — Ufa şəhərində yerləşən, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin balansında olan dövlət ali təhsil mərkəzi.
Başqırdıstan Dövlət Tibb Universiteti БГМУ, БДМУ | |
---|---|
![]() | |
![]() | |
54°43′16″ şm. e. 55°56′40″ ş. u.HGYO | |
Əsası qoyulub | 1932 |
Tip | Universitet |
Şəhər | Ufa |
Ölkə | |
Sayt | bashgmu.ru |
![]() |
Başqırdıstan Dövlət Tibb Universiteti 1932-ci ildə təşkil edilmişdir. İlk əvvəllər Frunze küçəsi ev 47 ünvanında yerləşən zirzəmiyə sahib binanın ikinci mərtəbəsində yerləşirdi. Sonradan binanı universitetə verirlər. Sonrakı illərdə universitetə 600 yerlik yataqxana inşa edilmişdir. Üstəlik yeni korpus belə istifadəyə verilmişdir. Universitetin ilk pedaqoqları: V. M. Romankeviç, S. Z. Lukmanov, Z. А. İsxanov, А. S. Davletov, İ. S. Nemkov, Q. N. Maslennikov, Е. N. Qribanov, М. А. Abdulmenov.
1933-cü ildə qistilogiya kafedrası, xarici dillər kabineti təşkil edilmişdir. Bu müəssisəyə həkim V. M. Romankeviç rəhbərlik edirdi. Pedaqoqlar isə V. A. Slovoxotov və R. İ. Safarov olmuşdur.
2012-ci ildə BDTU xəbərləri yayımlanmağa başlanmışdır[1].
2013-cü ildə Ufa Tib Kolleci universitetə birləşdirilmişdir.