. Love.az

Basqirdistan Milli Parki - Wikipedia - Love.az

Ana Səhifə - Basqirdistan Milli Parki

Başqırdıstan Milli Parkı (başq. Башҡортостан милли паркы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan milli park statuslu qorunan ərazi.

Başqırdıstan Milli Parkı
başq. Башҡортостан милли паркы
Kuperle şəlaləsi
Kuperle şəlaləsi
Sahəsi 92 min ha.
Yaradılma tarixi 11 sentyabr 1986
Florası palıd, cökə, ağcaqayın, qarağac
Faunası qonur ayı, canavar, sığın, cüyür, dələ; qaratoyuq, alacəhrə, qarabağır, ağacdələn
Yerləşməsi
53°03′00″ şm. e. 56°32′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Yaxın şəhər Meleuz
npbashkiria.ru
Başqırdıstan Milli Parkı xəritədə
Başqırdıstan Milli Parkı
Başqırdıstan Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Ərazisi
  • 3 Florası
  • 4 Faunası
  • 5 Turizm
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Tarixi

redaktə

11 sentyabr 1986-cı ildə yaradılmışdır[1].

Ərazisi

redaktə

Milli Parkın sahəsi 92 min hektardır. Bunun 83.2 min hektarı - ümumi sahənin 90,4%-i bilavasitə milli parkın, 8,8 min hektarı isə milli parka daxil olmadan yerli torpaq sahiblərinin və istifadəçilərin iqtisadi istifadəsindədir. Çünki parkın sərhədləri içərisində 15 yaşayış məntəqəsi var ki, burada təxminən 3,8 min nəfər yaşayır.

Cənubi Uralın alçaq dağlıqlarını və platovarı yüksəkliklərini, Nuquş su anbarı akvatoriyasını əhatə edir[2].

Parkda karst geniş yayılmışdır; Kuperl çayı üstündəki təbii körpü bunun nadir təzahürüdür[2].

Ərazidə çoxlu sayda mağaralar var[2].

Florası

redaktə

Bitki örtüyündə enliyarpaqlı palıd, cökə, ağcaqayın, qarağac meşələri geniş yayılmışdır[2]. Burada nadir və tükənməkdə olan növlərə rast gəlinir[2].

Faunası

redaktə

Faunasında meşə heyvanlarından qonur ayı, canavar, sığın, cüyür, dələ və quşlardan qaratoyuq, alacəhrə, qarabağır, ağacdələn və s. üstünlük təşkil edir[2]. Bu parkın sakini olan Başqırdıstan çöl arısı xüsusi qorunan növlərdəndir[2].

Milli parkda 231 növ quş aşkar edilmişdir. Bu növdən 148 növü yuva halında tapılmışdır.

Parkın su anbarlarında 32 balıq növü aşkar edilmişdir.

Turizm

redaktə

Parkın ərazisi hər il təxminən 30 min nəfər tərəfindən ziyarət edilir.

İstinadlar

redaktə
  1. ↑ Постановление Совета Министров РСФСР «О создании государственного природного национального парка «Башкирия» в Башкирской АССР» № 398 от 11.09.86 г. Arxivləşdirilib 2014-12-25 at the Wayback Machine zapoved.ru  (rus.)
  2. ↑ 1 2 3 4 5 6 7 Başqırdıstan Milli Parkı Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)

Xarici keçidlər

redaktə
  • npbashkiria.ru — rəsmi saytı
  • Кучерев Е. В. Башкирия (национальный парк) Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2013. — ISBN 978-5-88185-306-8.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Başqırdıstan_Milli_Parkı&oldid=7408472"
LOVE.AZ