Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə.[1][2]
Başqırd korpusu | |
---|---|
Башҡорт корпусы | |
Növü | quru qoşunları |
Yaranma tarixi | yanvar 1919 - mart 1919 |
Ölkə |
![]() |
Tabedir | Başqırd hökuməti |
Tərkibi |
I Başqırd atıcı diviziyası II Başqırd atıcı diviziyası |
Vəzifəsi | Başqırd hökumətinin maraqlarını qorumaq |
Müharibələr | |
Komandanlıq | |
Məşhur komandirləri |
Əhməd Zəki Vəlidi Toğan İlyas Alkin |
Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular:[3]
Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi.
Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi.
I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi:[3]
1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.[3]