. Love.az

Babek Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Babek Quliyev

Babək Quliyev (1974, Keşlə) — Azərbaycanlı futbol hakimi.

Babək Quliyev
Ümumi məlumatlar
Doğum tarixi 1974
Doğum yeri
  • Keşlə, Bakı, Azərbaycan SSR, SSRİ

Həyatı

redaktə

1974-cü ildə Bakının Keşlə qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur[1].

1983-cü ildə ilk dəfə futbol oynamağa başlamış; ancaq futbolçu olmamış, hakimliyə maraq göstərmişdir[1]. Hakim kimi ilk dəfə Keşlədə 201 nömrəli orta məktəbin stadionunda keçirilən kəndarası çempionatda meydana çıxmışdır[1]. Bundan sonra mən 2000-ci ildə AFFA-ya müraciət edərək hakim olmaq istəyini bildirir[1]. Artıq 2 ildən sonra futzal üzrə FİFA referisi adına layiq görülür[1].

Peşəkar karyerasında ilk dəfə Futzal üzrə Azərbaycan çempionatında "Tribut" – "Turan" oyununu idarə etmişdir[1]. Futbolda isə ilk idarə etdiyi oyun "Şəfa" – "Bakı" matçıdır[1].

Fəaliyyəti

redaktə

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 103 dəfə baş hakim olmuşdur[2].

Hakimlikdən sonra "Xəzər-Lənkəran" klubunun idman direktoru vəzifəsində çalışmışdır[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Zəfər Leriklinin Babək Quliyevlə müsahibəsi Arxivləşdirilib 2021-10-17 at the Wayback Machine. bosman.az, 03.11.2015  (az.)
  2. ↑ Yüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine. apasport.az, 18.06.2016  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Babək_Quliyev&oldid=7725592"
LOVE.AZ