Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor (ali hərbi rütbə),dosent.
Baba Hacı Baba oğlu Salayev | |
---|---|
![]() | |
Vəzifədədir | |
20 noyabr 2018-ci ildən | |
Əvvəlki | Pənah Süleymanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1970(1970-01-01) (55 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | zabit |
Rütbəsi |
![]() General-mayor |
|
|
Təltifləri |
1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb.
1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.
2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb.
1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub.
1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib.
1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır.
2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.
2013–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsində idarə rəisinin müavini, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsində xidmət edib.
2015–2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli Sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbəsi verilib.[1]
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il 721 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi vəzifəsinə təyin edilib.[2]
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 799 nömrəli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.[3]
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası Kollegiyasının 04.06.2024-cü il Qərarına əsasən dosent elmi adı verilib.
Azərbaycan, rus, ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası Kollegiyasının 04.06.2024-cü il Qərarına əsasən dosent elmi adı verilib.
"Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elmi xəbərləri" elmi-texniki jurnalın Baş redaktorudur.
4 kitab, 20 elmi məqalə və konfrans materialların müəllifidir.