. Love.az

Bad Guy - Wikipedia - Love.az

Ana Səhifə - Bad Guy

"Bad Guy" — ABŞ müğənnisi Billi Aylişin mahnısı; onun debüt studiya albomundan beşinci sinql. Minimal instrumental müşayiətlə seçilən əsər 2019-cu ilin mart ayında "Darkroom" və "Interscope Records" tərəfindən dinləyicilərə təqdim edilib. Musiqinin janr xüsusiyyətləri elektropop, dans-pop və trep-pop elementlərinin sintezində özünü göstərir. Mahnının yaradıcı heyətində Billi Ayliş ilə yanaşı, qardaşı prodüser Finneas da yer alıb. İyul ayında kanadalı müğənni Castin Biberin iştirakı ilə mahnının başqa bir versiyası işıq üzü görüb.

"Bad Guy"
Billi Ayliş, Castin Biber tərəfindən ifa olunmuş sinql
Yayımlanma tarixi 29 mart 2019
Format musiqi yükləmə
Janr pop musiqisi[1], trep[1]
Dil ingilis dili
Müddət 194 san.
Prodüser
  • Finneas O'Konnell
Sözlərin müəllifi Billi Ayliş, Finneas O'Konnell
Leybl Interscope Records

"Bad Guy" ABŞ-də dinləyicilərdən müsbət rəylərlə qarşılanıb və "Billboard Hot 100" reytinqində birinci pilləyə qədər irəliləyib. Eyni ölkədə Lil Nas X və Billi Rey Sayrusun "Old Town Road" kompozisiyasının 19 həftəlik rekord müddətinə son qoyub. Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARIA) tərəfindən on qat platin, Amerika Səsyazma Sənayesi Assosiasiyası (RIAA) tərəfindən isə Brilyant statusuna layiq görülüb. 62-ci illik "Qremmi" mükafatlandırma mərasimində "İlin səsyazması" və "İlin mahnısı" nominasiyalarında qalib gəlib.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Gilke C. Billie Eilish’s ‘Bad Guy’ Video Is A Surrealist, Artistic Nightmare (ing.). // Uproxx 2019.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bad_Guy&oldid=8092455"
LOVE.AZ