. Love.az

Baki Tbilisi Erzurum Boru Xetti - Wikipedia - Love.az

Ana Səhifə - Baki Tbilisi Erzurum Boru Xetti

Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür[1].

Bakı-Tbilisi-Ərzurum Boru Xətti
Ümumi məlumatlar
Tipi təbii qaz kəməri
Başlayır Bakı (Səngəçal terminalı), Azərbaycan
Bitir Ərzurum, Türkiyə
İstismara verilib 2006-cı il
Operatoru BP
Tərəfdaşlar BP (28.8%)
SOCAR (16.7%)
Statoil (15.5%)
LUKoyl (10%)
Total (10%)
Naftiran Intertrade (10%)
Türkiye Petrolleri Anonim Ortaklığı (9%)
Uzunluğu 692 km
Diametri 42
Ötürücülüyü 25 milyard m³/il
Yerləşməsi
Ölkələr
  •  Azərbaycan
  •  Gürcüstan
  •  Türkiyə
Bakı–Tbilisi–Ərzurum boru xətti (Azərbaycan)
Nöqtə
Sanqaçal
Nöqtə
Ərzurum
Kəmərin başı və sonu xəritədə:

40°10′10″ şm. e. 49°27′30″ ş. u.HGYO

39°54′31″ şm. e. 41°16′37″ ş. u.HGYO
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.

Tarixi

redaktə

2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb.[2] 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.[3]

Həmçinin bax

redaktə
  • Neft müqavilələri [ölü keçid]

İstinadlar

redaktə
  1. ↑ "Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri". 2012-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
  2. ↑ "Bakı-Tbilisi-Ərzurum qaz kəməri partladıldı". 2012-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-05.
  3. ↑ "Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli bərpa edilib - 03.09.2015". 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakı–Tbilisi–Ərzurum_boru_xətti&oldid=7669565"
LOVE.AZ