Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bakcell — Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir.[1]
"Bakcell" MMC | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Sənaye | Telekommunikasiya |
Təsis tarixi | 4 mart 1994 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Baş icraçı direktor | Klaus Mueller |
bakcell.com | |
![]() |
9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir.[2] Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun investorlarından biri olan Bakcell 3 milyondan çox abunəçini telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.
Azərbaycanda ən sürətli mobil internet Bakcell tərəfindən təqdim olunur. "Ookla" şirkəti tərəfindən 2018-2024-cü illərdə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. [3]
Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir.[4] Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir. [5]
"Bakcell" şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.[6]
Vikianbarda Bakcell ilə əlaqəli mediafayllar var. |
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |