. Love.az

Balcili Goygol - Wikipedia - Love.az

Ana Səhifə - Balcili Goygol
Bu adın digər istifadə formaları üçün bax: Balçılı.

Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Balçılı kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Bolçalı kənd inzibati ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati ərazi vahidi Balçılı kənd inzibati ərazi vahidi adlandırılmışdır.[2]

Balçılı
40°41′09″ şm. e. 46°16′19″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Balçılı xəritədə
Balçılı
Balçılı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Şəkilləri
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər
  • 9 Həmçinin bax

Toponimikası

redaktə

Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir.[3]

Tarixi

redaktə

Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir.

Tarixi abidələri

redaktə

Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.[4]

İqtisadiyyatı

redaktə

Kənd sakinlərinin əsas məşğuliyyəti arıcılıqdır.

Şəkilləri

redaktə
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  3. ↑ Balçılı (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

Həmçinin bax

redaktə
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Balçılı_(Göygöl)&oldid=8143577"
LOVE.AZ