. Love.az

Balakisi Veliyev - Wikipedia - Love.az

Ana Səhifə - Balakisi Veliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor

Balakişi Vəliyev
Vəliyev Balakişi Əhməd oğlu
Doğum tarixi 7 noyabr 1927
Doğum yeri Culfa, Xoşkeşin,Naxçıvan Muxtar Respublikası
Vəfat tarixi 12 iyul 2001 (73 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Tibb
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
    • 2.1 Elmi fəaliyyəti
    • 2.2 Ölümü
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub.

Təhsili

redaktə

1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

Fəaliyyəti

redaktə

Elmi fəaliyyəti

redaktə

17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir.[1][2]

Ölümü

redaktə

12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Mənbə

redaktə
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 573. ISBN 5-8066-1468-9.

İstinadlar

redaktə
  1. ↑ "Системная оценка иммунно-реактивного состояния организма в патогенезе и лечении больных со свинцовой интоксикацией". medical-diss.com (rus). 2019-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  2. ↑ "Гигиеническая оценка воздействия природных и техногенных химических факторов на развитие йоддефицитных заболеваний у детей и совершенствование профилактических мероприятий (на модели Пермского края)". www.dissercat.com. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Balakişi_Vəliyev&oldid=8052921"
LOVE.AZ