. Love.az

Balkan Kuknari - Wikipedia - Love.az

Ana Səhifə - Balkan Kuknari

Balkan küknarı (lat. Picea omorika) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Balkan küknarı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Piceoideae
Cins:
Küknar
Növ:
Balkan küknarı
Beynəlxalq elmi adı
  • Picea omorika Purk., 1877
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822549
NCBI  3336
EOL  1034954

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Sinonimləri
    • 2.1 Homotipik sinonimləri
    • 2.2 Heterotipik sinonimləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Abies omorika (Pančić) Nyman
  • Pinus omorika Pančić

Heterotipik sinonimləri

redaktə
  • Picea omorika f. pendula Schwer.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Balkan_küknarı&oldid=7412390"
LOVE.AZ