Bastamlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Bastamlı | |
---|---|
Ölkə |
![]() |
Rayon | Tuzxurmatu qəzası |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5 300 (2009) nəfər |
Müxtəlif mənbələrdə Bastamlı, Bestamlı və ya Bostamlı adı ilə rast gəlinən kəndin adı etnotoponim olub burada məskunlaşmış və Bayat boyuna mənsub olan Bastamlı oymağının adından irəli gəlir. 1917-ci ilə aid İngilis məxfi məlumatlarında bu oymağın 108 evdən ibarət olduğu qeyd edilmişdir.[1]
Bastamlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 175 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Bastamlı kəndi arasındakı məsafə 13 km-dir.
OŞSAM[2]-ın 30 may — 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Bastamlı kəndində təxminən 5.3 min nəfər əhali yaşayırdı.[3] Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır.[3] Kəndin əhalisi qədim Bayat boyundan törəmişdir.