. Love.az

Bavariyali Marqarita Burqundiya Hersoqinasi - Wikipedia - Love.az

Ana Səhifə - Bavariyali Marqarita Burqundiya Hersoqinasi

Bavariyalı Marqarita (fr. Marguerite de Bavière; nid. Margaretha van Beieren; 1363[1][2][…], Haaqa – 23 yanvar 1423[3], Dijon) — Bavariya hersoqu I Albertin qızı, Burqundiya hersoqinası. Əri Qorxusuz Con və oğlu Xeyirxah Filippin Fransa səltənətində naiblik etdiyi 1409-1423-cü illər boyunca Burqundiya taxt-tacına naibə olaraq hakim oldu.

Bavariyalı Marqarita
alm. Margarete von Bayern‎
Burqundiya hersoqinası
27 aprel 1404 – 10 sentyabr 1419
ƏvvəlkiIII Marqarita
SonrakıValualı Mişel
Şəxsi məlumatlar
Doğum tarixi 1363[1][2][…]
Doğum yeri
  • Haaqa, Hollandiya qraflığı, Müqəddəs Roma imperiyası
Vəfat tarixi 23 yanvar 1423(1423-01-23)[3]
Vəfat yeri
  • Dijon
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Qorxusuz Con (Burqundiya hersoqu) (1385–)[4]
Uşaqları
  • Xeyirxah Filipp (Burqundiya hersoqu)[4]
Ailəsi Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1385-ci ildə Kambredə Burqundiya hersoqu Cəsur Filippin oğlu Qorxusuz Conla evləndirildi. Bu evlilik tamamilə siyasi məqsədlərlə baş tutmuşdu. Belə ki, eyni mərasimdə qardaşı Uilyam hersoqun qızı Marqarita ilə evləndirildi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

  • Mariya, Klevez hersoqinası (1393-1463)
  • Marqarita, Akvitaniya hersoqinası (1393-1442)
  • Xeyirxah Filipp, Burqundiya hersoqu (1396-1467)
  • Ketrin (1399-1414)
  • Yuanna (1399-1406)
  • İzabella (1400-1412)
  • Anna, Bedford hersoqinası (1404-1432)
  • Aqnessa, Burbon hersoqinası (1407-1476)

Mənbə

redaktə
  • Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363–1477. Boydell Press. pp. 16–19. ISBN 978-1-84383-162-4
  • Royle, Trevor (2008). Lancaster against York : the Wars of the Roses and the foundation of modern Britain. New York: Palgrave Macmillan. p. 60. ISBN 9781403966728
  • Vaughan, Richard (2005). John the Fearless. The Dukes of Burgundy. Vol. 2 (reprinted new ed.). Boydell Press. ISBN 978-0851159164

İstinadlar

redaktə
  1. ↑ 1 2 Margaretha van Beieren // Biografisch Portaal. 2009.
  2. ↑ 1 2 Margaretha van Beieren // Online Dictionary of Dutch Women (nid.).
  3. ↑ 1 2 Lundy D. R. Marguerite von Bayern-Straubing // The Peerage (ing.).
  4. ↑ 1 2 3 Kindred Britain.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bavariyalı_Marqarita_(Burqundiya_hersoqinası)&oldid=7742806"
LOVE.AZ