. Love.az

Bayram Tebrizli Maragali - Wikipedia - Love.az

Ana Səhifə - Bayram Tebrizli Maragali

Bayramov Söhrab Səfəralı oğlu (Bayram Təbrizli-Marağalı; 31 oktyabr 1944, Ağcabədi rayonu) — şərqşünas-alim.

Bayram Təbrizli-Marağalı
Söhrab Səfəralı oğlu Bayramov
Doğum tarixi 31 oktyabr 1944(1944-10-31) (80 yaş)
Doğum yeri
  • Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ
İş yeri
  • AMEA Əlyazmalar İnstitutu
Təhsili
  • BDU Şərqşünaslıq fakültəsi

Həyatı

redaktə

Bayram Təbrizli-Marağalı 31 oktyabr 1944-cü ildə Ağcabədi rayonunda anadan olub. Ulu babası XVIII əsrin ortalarında Cənubi Azərbaycanın Tufarqan şəhərindən Qarabağa gəlmişdir. Bayram Təbrizli-Marağalının uşaqlığı Ağdam rayonunun Şelli kəndində keçmişdir. 1961-ci ildə Ağdam şəhər 2 saylı orta məktəbini bitirmiş və 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Ərəb filologiyası" bölməsinə daxil olmuşdur. 1963-cü ildən 1965-ci ilə qədər Belorusiyada hərbi xidmətdə olduğuna görə Bakı Dövlət Universitetini 1971-ci ildə bitirmişdir. Universitetdə oxuduğu illərdən Əbülfəz Elçibəy ilə dost olmuş və Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda birlikdə çalışmışlar. Əbülfəz Elçibəyin məsləhəti ilə Nəsrəddin Tusinin "Şərh-əl-işarat" əsərinin "Məntiq" bölməsini tərcümə etmişdir. 1977-ci ildən Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyən şərqşünas alim Bayram Təbrizli-Marağalı hazırda Bakı şəhərində yaşayır və ədəbi fəaliyyətini davam etdirir.

Əsərləri

redaktə
  1. Oğuzlar. Bakı: Nurlar, 2004, 64 səh.
  2. Elçi Bəy. Bakı: Nurlar, 2005, 64 səh.
  3. Turan. Bakı: Nurlan, 2008, 40 səh.

Mənbə

redaktə
  • "Yaşamım". Türküstan qəzeti. № 13(91). 20 aprel 2008-ci il.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bayram_Təbrizli-Marağalı&oldid=7633971"
LOVE.AZ