. Love.az

Bayraqdar Fevvaresi - Wikipedia - Love.az

Ana Səhifə - Bayraqdar Fevvaresi

Bayraqdar fəvvarəsi (alm. Vennerbrunnen‎) İsveçrənin Bern şəhərinin Rathausplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].

Bayraqdar fəvvarəsi
Vennerbrunnen
Xəritə
46°56′54″ şm. e. 7°27′08″ ş. u.HGYO
Ölkə  İsveçrə
Şəhər Bern
Yerləşir Bern
Tikilmə tarixi 1542
Material daş[d], metal
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarix
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Tarix

redaktə

Fəvvarə Köhnə şəhər Ratuşa binasının önündə yerləşir. Fəvvarənin əsas bəzək elementi sayılan zirehli Bern bayraqdarının layihəsi 1542-ci ildə Hans Ginq tərəfindən tərtib edilmişdir. Bundan öncə, XIV əsrin taxta fəvvarəsi Şvendplats meydanda yerləşirdi. Bern sakinləri arasında "Bayraqdar" çox güclü mənəvi mövqe tutur[2]. Kapitellərin yuxarı hissəsini dörd insan üz maskası bəzəyir.

1844-cü ildə meydanın yaxınlığında Nüdeqqbrükke körpüsünün tikintisi zamanı, fəvvarə müvəqqəti olaraq tikinti ərazisindən yığışdırılmışdır. Daha sonralar, yəni 1880–1913-cü illər arasında fəvvarə kiçik Amthausqasse döngəsində yer alırdı və yalnız 1913-cü ilin sonunda onu hazırkı meydana köçürmək barədə qərar alınmışdır.

İstinadlar

redaktə
  1. ↑ "Kantonsliste A-Objekte:Bern" (PDF). KGS Inventar (German). Federal Office of Civil Protection. 2009. 18 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 July 2010.
  2. ↑ Flüeler. Kulturführer Schweiz. Zurich, CH: Ex Libris Verlag AG. 1982. 72–73.

Xarici keçidlər

redaktə
  Vikianbarda Vennerbrunnen ilə əlaqəli mediafayllar var.
  • Informationen zum Vennerbrunnen auf g26.ch Arxivləşdirilib 2009-04-30 at the Wayback Machine
  • Kapitel "Vennerbrunnen" in Band 1 der "Kunstdenkmäler des Kantons Bern" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Bern fəvvarələri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bayraqdar_fəvvarəsi&oldid=8031998"
LOVE.AZ