. Love.az

Behrud - Wikipedia - Love.az

Ana Səhifə - Behrud

Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır.[2]

Behrud
39°04′29″ şm. e. 45°51′50″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 520 nəf. (2010)
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Behrud xəritədə
Behrud
Behrud

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
    • 3.1 Tanınmış şəxsləri
  • 4 İqtisadiyyatı
  • 5 Mədəniyyəti
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Tarixi

redaktə

Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.[3].

Coğrafiyası və iqlimi

redaktə

Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.

Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir.[3].

Əhalisi

redaktə

Əhalisi 545 nəfərdir.[4]

Tanınmış şəxsləri

redaktə
  • Vəli Hüseynov — Fizik; Fizika riyaziyyat elmləri doktoru. Akademik; AMEA-nın müxbir üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi
  • Rüstəm Behrudi — şair.
  • Cavad Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1976), professor (1982), Azərb. Respublikası Dövlət mükafatı laureatı (1982).
  • Əhməd Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1978), prof.(1981).
  • Nazim Hüseynov — texniki elmlər doktoru, professor, Milli Aviasiya Akademiyasının meteorolojiya kafedrasının müdiri, Azərnaviqasiya şirkətinin eksprezidenti.
  • Nurəddin Sadıqov — Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (1992–1993), Hərbi işlər üzrə dövlət müşaviri (1993–2000), General-mayor.Əsgər Hacıyev

İqtisadiyyatı

redaktə

Əhalisi bağçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur.

Mədəniyyəti

redaktə

Orta məktəbi, kitabxanası, klubu, tibb məntəqəsi var[5].

İstinadlar

redaktə
  1. ↑  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ↑ 1 2 ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
  4. ↑  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. ↑ "Behrud". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.

Həmçinin bax

redaktə
Ordubad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Behrud&oldid=8143569"
LOVE.AZ