Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir.
Bel ağrısı | |
---|---|
![]() | |
XBT-10 | M54.5 |
XBT-9 | 724.2 |
MedlinePlus | 007422, 007425 |
MeSH | D017116 |
![]() |
Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi:
Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, "ara həkimlərinə" və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir. Məhdudiyyətləri 1 ildən çox olan bütün xəstələr 90% halda intensiv müalicə olmadan işləməyə qadir olmurlar .
İlkin səhiyyə müəssisələrinə kəskin BA nəticəsində müraciətin tezliyi ikinci, ortopedlərə isə birinci yerdədir. BA simptomlarının təkrar olması kifayət qədər tez-tez baş verir və il ərzində insanların təxminən 60–80%-də müşahidə olunur.
Bel bir çox vacib elementləri özündə birləşdirən (sümüklər, əzələlər, bağlar və fəqərələr arasında yastıq rolunu oynayan disklər) mürəkkəb quruluşa malikdir. Beldə olan ağrılar bu elementlərin hər birindən qaynaqlana bilər. Bəzi insanlarda isə bel ağrısının hər hansi spesifik bir səbəbi tapılmır. Aşağıdakı spesifik səbəblər müəyyən edilir:
Bel ağrıları ən çox ağır yük qaldırmaq və ya yöndəmsiz sərt hərəkətlər nəticəsində əzələ və bağların dartılmasından əmələ gəlir. Bəzən isə əzələ spazmı ağrılar yarada bilər.
Bir çox hallarda bel ağrıları aşağıda göstərilən struktur problemləri nəticəsində meydana gələ bilər:
Aşağıda bel ağrılarının az-az rast gəlinən, amma ciddi aqibəti olan patologiyalar qeyd olunur:
Beldə olan ağrılar əsasən evdə aparılan sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. İlkin 72 saat ərzində görülən tədbirlərin effekti meydana çıxır. Əks halda həkimə müraciət edin.
Aşağıdakı hallarda mütləq həkimə müraciət edin, çünki bel ağrıları ciddi sağlamlıq probleminə işarə edə bilər:
Bel ağrılarının əksəriyyəti ev şəraitində sakitlik, sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. Bir neçə gün ağrıkəsicilərin qəbul edilməsi və yataq rejimi ağrıları tam aradan qaldıra bilər. Amma bunu bir neçə gündən çox etmək olmaz və həkimə müraciət etmək lazımdır.
Həkiminiz sizə qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı narkotik ağrıkəsicilər təyin edilə bilər. Amma bütün oxşar müalicə tədbirləri həkimin nəzarəti və məsləhəti ilə aparılmalıdır.
Bel ağrılarının meydana çıxmasının qarşısını çox asanlıqla almaq olar. Bunun üçün aşağıdakıları tövsiyə edərdik: