Bencamin Edvard Mira Stiller (30 noyabr 1965[1][2][…], Nyu-York, Nyu-York ştatı[5]) — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur.[8] Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib.[9] Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür.
Ben Stiller | |
---|---|
ing. Ben Stiller | |
![]() Ben Stiller 2020-ci ildə | |
Doğum adı | Benjamin Edward Meara Stiller[3][4] |
Doğum tarixi | 30 noyabr 1965(1965-11-30)[1][2][…] (59 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Atası | Cerri Stiller[d] |
Anası | Enn Mira[d] |
Fəaliyyəti | ssenarist, film prodüseri, aktyor, televiziya aktyoru, kino aktyoru, kinorejissor, səsləndirmə aktyoru[d], xarakter aktyoru[d], komediyaçı, rejissor, prodüser, prodüser, yazıçı |
Fəaliyyət illəri | 1975-ci ildən |
Təhsili |
|
Boyu | 170 sm |
Mükafatları |
![]() |
IMDb | ID0001774 |
![]() |
Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub.[10][11][12] O, şəhərin Yuxarı Qərb tərəfində (ing. Upper West Side) böyüyüb.[13] Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir.[14][15][16] Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir.[17][18][19][20] Onlar dindar olmasa da, Hanukka və Milad bayramlarını qeyd edirdilər.[21] Stiller yəhudi ənənəsinə uyğun olaraq 13 yaşında Bar Mitsva mərasimini keçirmişdir.[22][23][24]