. Love.az

Beril - Wikipedia - Love.az

Ana Səhifə - Beril

Beril — mineral, Al2Be3[Si6O18].

Beril
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Be₃Al₂Si₆O₁₈
Strunz təsnifatı VIII/C.06a
Xüsusiyyətləri
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır. Növ müxtəlifliyi: Natriumlu beril bassit, vorobyevit, qoşeit, rosterit, morqanit, heliodor. Berillium filizidir. Xoş rəngli şəffaf növləri (akvamarin və zümrüd) qiymətli bəzək daşıdır.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Beril&oldid=6339801"
LOVE.AZ