Beriyev A-50 ("A" məhsulu, NATO kodlaşdırılmasına görə: Mainstay — "İstinadgah") — uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi. "Moss"u əvəz etmək üçün nəzərdə tutulmuş "A-50" ilk uçuşunu 1978-ci ildə gerçəkləşdirmişdir. 1984-cü ildə, Rusiya HHQ-də istifadəyə verilmiş və 1992-ci ildən bu yana təxminən 40 ədəd istehsal edilmişdir.
Beriyev A-50 | |
---|---|
А-50 | |
![]() | |
Tipi | uzaq radiolokasiya müəyyən və idarə edilməsi |
İlk uçuş | 1978 |
İstismara verilmə tarixi | 1984 |
İstismarçılar | Rusiya Hava Qüvvələri |
Buraxılış sayı | 40 (təqribən) |
Hazırlanma dəyəri | $330 mln. |
Baza modeli | İlyuşin İL-76 |
![]() |
15 nəfərdən ibarət olan heyəti, antennası təyyarənin üst hissəsində 29 ft 9 in (9.00 m) hündürlüyündəki fırlanan radar günbəzinə yerləşdirilmiş Liana izləmə radarından məlumatları toplayır. A-50 maksimum 10 dədə hərbi təyyarəni idarə edə bilir. Təyyarənin maksimum qalxış çəkisi olan 190 ton ilə aviabazadan havaya qalxıb 1000 km mənzilə qədər 4 saat dayanmadan uça bilər.
Təyyarə nəzəri olaraq İL-78 tərəfindən havada yanacaqdoldurma qabiliyyətinə malik olmasına baxmayaraq test uçuşları zamanı tanker təyyarənin quyruq turbulentliyinə girərək həddindən artıq silkələndiyinə görə demək olar ki, bunun mümkün olmadığı görünmüşdür.[1] "Veqa-M" radarı Moskvada MNIIP tərəfindən modernləşdirilimişdir və NPO-Vega-M tərəfindən istehsal olunmuşdur. "Vega-M" radarı 230 km mənzil içindəki 50 müxtəlif hədəfi eyni zamanda izləyə bilir. Gəmi kimi böyük hədəfləri 400 km uzaqlıqdan da görmək olur.
Ümumi Xarakteristikaları
Müasirləşdirmə il bağlı: İl-76, KJ-2000
Həmkarı olan Hava Gəmiləri: E-3 Sentry