Berkli musiqi kolleci — 1945-ci ildə Massaçusets ştatının Boston şəhərində yaradılmış müstəqil musiqi konservatoriyasıdır. 2021-ci ilin məlumatlarına əsasən bu ali təhsil müəssisəsində 7,177 tələbə qeydiyyatdan keçmişdir.[2] Akkreditasiya olunmuş dörd illik bakalavr proqramına malik olan bu musiqi kolleci bəstəkarlıq, müasir bəstəkarlıq və prodüserlik, kino musiqisi, caz bəstəkarlığı, dirijorluq, musiqi təhsili, prodüserlik və mühəndislik, musiqi sintezi, musiqi terapiyası, ifaçılıq, peşəkar musiqi və mahnı yazılması ixtisasları üzrə məzunlar yetişdirir.
Berkli Musiqi Kolleci | |
---|---|
Berklee College of Music | |
![]() | |
| |
Əsası qoyulub | 1945 |
Tələbə sayı | 5.272, 6.736[1] |
Ölkə | |
Sayt | berklee.edu |
42°20′47″ şm. e. 71°05′13″ q. u.HGYO | |
![]() |
|
![]() |
Berkli Lourens Berk tərəfindən "Şillinqer musiqi evi" (ing. "Schillinger House of Music") adı altında təsis edilmişdir. Konservatoriyanın yaradılmasının əsas məqsədi riyazi proseslərə əsaslanan harmoniya və kompozisiya metodu olan Şillinqer metoduna əsasən təhsil vermək idi. Bu metod öz adını Berkin də müəllimi olmuş Cozef Şillinqerdən almışdır. 1954-cü ildə təhsil proqramının genişləndirilməsi ilə bərabər Berk məktəbin adını oğlu Li Berkə görə Berkli musiqi məktəbi kimi dəyişdirmişdir. 1973-cü ildə isə akkreditasiyanın alınması ilə məktəbin adı yenidən dəyişdirilərək Berkli musiqi kolleci edilmişdir. 2003-cü ildə isə məktəbin onlayn xidmət bölməsi olan Berkleemusic açılmışdır.[3]
Məktəbin yaradıldığı illərdə demək olar ki, bütün musiqi məktəbləri ilk növbədə klassik musiqiyə diqqət yetirirdi. Berklinin əsas məqsədi isə digər məktəblərdə olmayan müasir musiqi (daha dəqiq deyilərsə caz) üzrə təhsil verməklə bu kollecin tələbələrini gələcək musiqi karyerasına hazırlamaq idi. Film musiqisi, mahnı yazılması və musiqi terapiyası zamanla eyni məqsəd üçün kollecin təhsil proqramına daxil edilmişdir.
Vikianbarda Berkli Musiqi Kolleci ilə əlaqəli mediafayllar var. |