. Love.az

Beynelxalq Pesekar Futbolcular Federasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Beynelxalq Pesekar Futbolcular Federasiyasi

Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı.

Mündəricat

  • 1 Tarixi
  • 2 Tərkibi
  • 3 Tədbirləri
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular.

Tərkibi

redaktə

Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir.

Tədbirləri

redaktə

2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir.

Mənbə

redaktə
  • Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları[ölü keçid]. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.  (az.)

Xarici keçidlər

redaktə
  • fifpro.org — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Beynəlxalq_Peşəkar_Futbolçular_Federasiyası&oldid=7406680"
LOVE.AZ