. Love.az

Beytuledeb Medresesi - Wikipedia - Love.az

Ana Səhifə - Beytuledeb Medresesi

Beytülədəb mədrəsəsi — XIX yüzildə Şuşa şəhərinin Merdinli məhəlləsiində fəaliyyət göstərən mədrəsə.

Beytülədəb mədrəsəsi
Ölkə
  •  Azərbaycan

Mədrəsənin yaradıcısı Mirzə Məhəmməd bəy Münşizadə idi. Bu mədrəsənin xərcini Merdinli məscidi ödəyirdi. Bu məktəbdə adlı-sanlı müdərrislər dərs deyirdilər. Müdərrisə xəlifə kömək edirdi.

Beytülədəb mədrəsəsində Sədinin "Gülüstan" və "Bustan" əsərləri, "Füzuli divanı", "Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunmuşdur. Mədrəsədə ümumtəhsil fənləri və ali fənlər tədris edilirdi.

Mündəricat

  • 1 Ümumtəhsil fənnləri
  • 2 Ali fənnlər
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Ümumtəhsil fənnləri

redaktə
  • Fiqh (hüquq)
  • Kəlam (şəriət)
  • Sərf (morfologiya)
  • Nəhv (qramatika)
  • Kətəbə (dəftərdarlıq)
  • Şeir və əruz
  • Əxbar (dini tarix)

Ali fənnlər

redaktə
  • Fəlsəfə
  • Məntiq
  • Tibb
  • Elmi-ədəd (hesab)
  • Həndəsə
  • Elmi-nücum (astronomiya)
  • Kimya
  • Xiyal (mexanika)
  • Musiqi

Həmçinin bax

redaktə
  • Merdinli məhəlləsi

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Beytülədəb_mədrəsəsi&oldid=7849804"
LOVE.AZ