. Love.az

Bianki Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Bianki Adasi

Bianki adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.

Bianki adası
rus. Остров Бианки
Ümumi məlumatlar
Hündür nöqtəsi 97 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
76°45′11″ şm. e. 97°26′34″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Krasnoyarsk diyarı
Arxipelaq
  • Nordenşeld arxipelaqı
Akvatoriya
  • Şimal Buzlu okean
  • Kara dənizi
Bianki adası xəritədə
Bianki adası
Bianki adası

Mündəricat

  • 1 Yerləşməsi
  • 2 Xüsusiyyətləri
  • 3 Tarixi
  • 4 İstinadlar

Yerləşməsi

redaktə

Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Yevgeni Fyodorov adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır.

Xüsusiyyətləri

redaktə

Daxil olduğu qrupun və Nordenşeld arxipelaqının ən iri adalarından biridir. 90° F hərifini xatırladır. Qərbdən şərqə uzanaraq, əsas hissəsindən iki çıxıntı çıxır. Adanın uzunluğu 13 kilometrdən bir qədər azdır. Enli hussəsi isə 5,5 kilometrdir. İki yarımada daxilində Oktrıtıy buxtası yerləşir. Buxtanın dərinliyi 30 metrdir. Adanın böyük hissəsini qayalıqlar əhatə edir. Əsasən üç iri yüksəkliyi vardır: 42 metr (qərb), 97 metr (mərkəzi) və 61 metr (şərq). Özünün hündürlüyünə görə ada arxipelaqda ancaq Çabak adasına uduzur (107 m). Yay ayları bütünlüklə buzdan azad olur. Arktiq qurşaqda yerləşməsi ilə əlaqədar iqlimi soyuqdur. Bununla belə yay ayları temperatur müstətin üzərində olur. Son on illiklər boyunca Arktik buzlaqların əriməsi müşahidə edildiyindən hava getdikcə istiləşir. Hətta bölgə üçün xas olmayan maksimum temoeraturlar qeydə alınır.

Şimaldakı yüksəkliklərdən cənub sahilinə doğru qışda donan axarlar axır. Qərbində və mərkəzi hissəaində çoxlu sayda göllər vardır. Sahilə yaxın bölgələri əsasən bataqlıqlaşmışdır. Təpəliklər əsasən sərt suvurlardan təşkil olunmumdur. Qış ayları üzəri bütünlüklə buzla örtülür. Materikə yaxın yerləşməsi bir çox məməliləri və quşları özünə cəlb edir. Sahillərində ağ ayılar belə gönünür. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]

Tarixi

redaktə

Bianki adası arxipelaqa daxil olan digər adalar kimi 1901-ci ildə kəşf edilmişdir. Adanı ilk dəfə Fyodr Abdreeviç Mstisen xəritəyə salmışdır. Ada hənin ildəcə Eduard Vasikeeviç Toll tərəfindən rus zooloqu, orintoloqu və entomoloqu Valentin Vstentinoviç, Lyoviç Bianki, məmhur uşaü şairo olan Vitali Valentinoviç Biankinin atasının şərəfinə adlandırılmışdır[2].

İstinadlar

redaktə
  1. ↑ "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. ↑ Имена на карте Арктики: Валентин Львович Бианки
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bianki_adası&oldid=8010294"
LOVE.AZ