Birinci Torun müqaviləsi — 1410-cu ildə baş verən Qrinvald döyüşündə Tevton ordeninin qoşunlarının müttəfiq qoşunları tərəfindən darmadaön edilməsi nəticəsində 1409-1411-ci illərdə baş vermiş Böyük müharibəni yekunlaşdıran və 1 fevral 1411-ci ildə Tevton ordeni ilə Polşa Krallığı və Böyül Litva Knyazlığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsidir.
Sülh müqaviləsi 570x496+45 mm ölçülərində olan perqament üzərində latın dilində yazılmışdır. Böyük Litva knyazı Vitovtun 50 mm diametrində olan möhürü qirmızı mum üzərindədir. Peqamentin 10 vərəqində möhür yoxdur.[1].
Müttəfiqlərlə döyüşdə Tevton ordeninin ağır itkilərə məruz qaldığı nəzərə alınaraq sülh müqaviləsinin şərtlərində Ordenə xeyli güzəştlər edilmişdir. Buna baxmayaraq Böyük müharibə nəticəsində Tevton ordenin Şərqə doğru yürüşünə son qoyulmuş, orden Pribaltikada başlıca hərbi-siyasi qüvvə kimi öz rolunu itirmişdir.