Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur[1]. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır[2][3].
Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir. Bundan əlavə, ədviyyəli ərzaqların burada məşhur olmasını bilmək sizdə təəccüb doğurmaz. Cocen kimi bəzi bitkilər bədənə olan xüsusi effektlərinə görə istifadə olunur, çünki onlar hormon pozğunluğu kimi bəzi tibbi problemləri müalicə edir. Əlavə olaraq, bir çox digərləri metabolizmi sürətləndirir. Bu bitkilərə reyhan, nanə və cəfəri aiddir[4][5][6].
Vikianbarda Bolqarıstan mətbəxi ilə əlaqəli mediafayllar var. |