. Love.az

Bretsneyder Hortenziyasi - Wikipedia - Love.az

Ana Səhifə - Bretsneyder Hortenziyasi
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (dekabr 2023)

Bretşneyder hortenziyası (lat. Hydrangea bretschneideri) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.

Bretşneyder hortenziyası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Dəstə:
Zoğalçiçəklilər
Fəsilə:
Hortenziyakimilər
Cins:
Hortenziya
???:
Bretşneyder hortenziyası
Beynəlxalq elmi adı
  • Hydrangea bretschneideri
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  984481
EOL  2887057

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Ədəbiyyat

Təbii yayılması

redaktə

Yabanı halda Çinin şimal əyalətlərində yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 3 m olan koldur. Dağınıq budaqları enli, kürəvi çətir əmələ gətirir. Zoğları tükcüklüdür. Yarpaqları yumurtavari, tünd yaşıl, alt tərəfi tükcüklü, uzunluğu 12 sm-dir. Çiçəkləri əvvəlcə ağ, yayın sonuna yaxın qızarır və çətir çiçək qrupunda toplanır. Çiçək qrupunun diametri 15 sm-ə qədərdir. İyul ayında kütləvi çiçək açır. Meyvələri xırdadır. Zoğları qışda tamamilə oduncaqlaşır. Meyvələri quru qutucuqlardır və sentyabrda yetişir. Toxumlarla və qələmlərlə çoxaldılır.

Ekologiyası

redaktə

Digər növlərdən fərqli olaraq daha çox şaxtaya və quraqlığa davamlıdır, yarımkölgə mühitini xoşlayır.

Azərbaycanda yayılması

redaktə

Böyük Qafqazda, Lənkəranda təsadüf edilir.

İstifadəsi

redaktə

Bu növ kolun yığcam formasına, dekorativ çətirinə, yaxşı zoğ əmələgətirmə qabiliyyətinə və hər il bol çiçəkləməsinə görə qiymətlidir. Çiçək qrupu kəsildikdən və qurudulduqdan sonra qış ərzində quru dəstələr kimi istifadə etmək olar. Qazonların mərkəzində tək və qruplarla əkilməsi üçün daha əlverişlidir.

Ədəbiyyat

redaktə
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bretşneyder_hortenziyası&oldid=7439014"
LOVE.AZ