Briqada — 2002-ci ilin çoxseriyalı Rusiya istehsalı filmi. Film 15 seriyadan ibarətdir. Burada hadisələr 1989–2000-ci illəri əhatə edir. Filmdə dörd dostun cinayətkar qruplaşma şəklində birləşməsindən bəhs olunur. Onların başçısı Aleksandr Belov (Saşa Belıy) olur. Teleserial "Avatar" film kompaniyası tərəfindən çəkilmişdir.
Briqada | |
---|---|
rus. Бригада | |
![]() | |
Janr |
Dram Kriminal |
İlk baxış tarixləri | 2002 |
Rejissor | Aleksey Sidorov |
Operator | Yuriy Rayskiy |
Prodüser |
Aleksandr Akopov Aleksandr İnşakov |
Yaradıcısı | Aleksey Sidorov |
Ssenarist |
Aleksey Sidorov İqor Porublov |
Rollarda |
Sergey Bezrukov Andrey Panin Yekaterina Quseva Dmitri Dyujev Pavel Maykov Vladimir Vdoviçenkov |
Yaş reytinqi | + 18 |
Bəstəkar | Aleksey Şelıqin |
İstehsalçı ölkə |
![]() |
İl | 2002 |
Studiya | «Avatar Film» |
Dil | Rus dili |
İlk çıxış tarixi | 23 sentyabr 2002 |
Rəng | rəngli |
Seriya sayı | 15 |
Seriya vaxtı | 52 |
Davametmə müddəti | 52 dəq. |
Telekanal |
![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0337898 |
Süjet xətti eyni həyətdə böyümüş, dörd sıradan moskvalı gəncin başına gələnlərdən ibarətdir. Dostlar pul qazanmaq haqda düşünürlər. Lakin baş vermiş qətl hadisəsi bütün planları alt-üst edir. Geriyə yol yoxdur! Artıq dostlar kriminal aləmin sayılıb seçilən simalarına çevrilmişlər…
Aktyor | Rol |
---|---|
Sergey Bezrukov | Aleksandr Nikolayeviç Belov («Saşa Belıy») Aleksandr Nikolayeviç Belov («Saşa Belıy») d. 1969 |
Dmitri Dyujev | Kosmos Yuryeviç Holmoqorov («Kosmos», «Kos») Kosmos Yuryeviç Holmoqorov («Kosmos», «Kos») (1969—1999) |
Pavel Maykov | Viktor Pavloviç Pçyolkin («Pçyola») Viktor Pavloviç Pçyolkin («Pçyola») (1969—1999) |
Vladimir Vdoviçenkov | Valeri Konstantinoviç Filatov («Fil») Valeri Konstantinoviç Filatov («Fil») (1968—1999) |
Yekaterina Quseva | Olqa Yevgenyevna Belova (Surikova) Olqa Yevgenyevna Belova (Surikova) d. 1972 |
Andrey Panin | Vladimir Yevgenyeviç Kaverin («Volodya-Oper») Vladimir Yevgenyeviç Kaverin («Volodya-Oper») (1965—2000) |