. Love.az

Buassiye Tovlu Qulagi - Wikipedia - Love.az

Ana Səhifə - Buassiye Tovlu Qulagi
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz.

Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire

Buassiye tovlu qulağı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir.[1]

Mündəricat

  • 1 Yarpaq
  • 2 Çiçək
  • 3 Meyvə
  • 4 Çiçəkləməsi
  • 5 Meyvə verməsi
  • 6 Azərbaycanda yayılması
  • 7 Yaşayış mühiti
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Yarpaq

redaktə

Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir.[1]

Çiçək

redaktə

Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir.[1]

Meyvə

redaktə

Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır.[1]

Çiçəkləməsi

redaktə

Aprel-İyul (Avqust)[1]

Meyvə verməsi

redaktə

May-Avqust[1]

Azərbaycanda yayılması

redaktə

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər.[1]

Yaşayış mühiti

redaktə

Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Buassiye_tovlu_qulağı&oldid=6937241"
LOVE.AZ